Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İdman Festivalı keçirildi

    28 aprel 2017-ci il tarixdə Nizami rayon Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseydə TOPs  layihəsi çərçivəsində ulu ondər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş İdman Festivalı keçirilmişdir. Festivalda  150 – yə yaxın ibtidai sinif  şagirdləri iştrak edirdi. İnklüziv sinifin də qatıldığı  İdman bayramında uşaqlar şən, təhlükəsiz idman oyunları ilə yarışaraq öz bacarıqlarını nümayiş etdirmiş, bədii incəsənət  və rəqs nömrələri ilə çıxışlar etmişlər. Xatırladaq ki, 220 nömrəli məktəb həmçinin TN – nin  “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin iştirakçılarından biridir. Maraqlı məqamlardan biri də şagirdlərin valideyinlərinin bu festivalda onlarla birgə iştirak edərək uşaqlara dəstək verməsi idi. “TOPs – fiziki tərbiyə üzrə müasir təhsil texnologiyasının yaradılması” layihəsi  Təhsil Nazirliyi,  British Council, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf  Naminə İdman” İctimai Birliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.  Layihənin məqsədi TOPs müasir təlim metodikası vasitəsi ilə Fiziki tərbiyə müəllimlərinin peşə bacarıqlarının artırılması,  təhsilalanların təlim nailiyyətlərinin və psixoloji dayanıqlığın yüksəldilməsi məqsədi daşıyır. Məktəb liseyin ibtidai sinif və fiziki tərbiyə müəllimləri Gulyana Özcan, Həqiqət Behbudova, Firdanə Məmmədova, Siyatel İskəndərova, İnarə Qəniyeva , İlahə İsmayılova layihə çərçivəsində TOPs təlimlərindən müvəffəqiyyətlə keçərək sertifikatlara layiq görülmüşlər.  Təlimdən sonra müəllimlər Açıq dərslər verərək və İdman Festivalları keçirərək şagirdlərdə erkən yaşlarından fiziki tərbiyə və  idmana olan bağlılığı yaratmağa çalışmışlar.     Festivalda”Qayğı” Saglam nəsil naminəictimai birlik nəzdində fəaliyyət göstərən Daun Sindromlu şəxslərin Reabilitasiya mərkəzinin mudiri Natella xanım  Həsənova ,köməkçisi Zərifə Məmmədova iştirak edirdilər. Mərkəzin uşaqları gözəl rəqs nümunələri ilə festivala rəng qatdılar.    Festivalda Azərbaycan Kapueyra federasiyasının və Təhsil Nazirliyinin 8 nömrəli  olimpiya ehtiyatlarının uşaq-gənclər idman məktəbinin idmançıları iştirak edirdi. Festivalı  Təhsil Nazirliyinin   sektor müdiri  Hilal Salmanov ,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyət sektorunun müdiri  Afiq Əzizov, British Council Azərbaycan təşkilatının direktor müavini Nigar Baimova, UNİCEF Azərbaycan təşkilatının nümayəndəsi Aida Ayilarova, Milli Olimpiya  Komitəsinin üzvü , İnkişaf Naminə İdman təşkilatının sədri Mehman Kərimov, ağırlıq  qaldırma üzrə Olimpiya çempionu Valentin Xristov ,TOPs  layihəsinin rəhbəri Vəli Musayev izləyərək iştirakçıları  sertifikatlarla təltif etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi