"Mural" proyekti çərçivəsində görülən işlər davam edir
Məktəbin ingilis dili müəllimi Nahidə Hüseynova 7-ci sinif şagirdləri ilə İEARN (“Beynəlxalq Təhsil və Tədqiqatlar Şurası”nın) və Yaponiyanın YUNESKO üzrə Milli Komissiyası tərəfindən dəstəklənən Qitələrarası Beynəlxalq “Mural” proyekti (IIME) çərçivəsində Yaponiyanın Kyota şəhərinin Kizu-Minami Junior High School məktəbinin şagirdləri ilə birgə layihə üzərində işləyirlər. Qitələrarası Beynəlxalq "Mural" proyekti çərçivəsində məktəbimizin ingilis dili müəllimi Nahidə Hüseynova və onun şagirdləri öz əl işlərini Kizu-Minami Junior High School-un şagirdlərinə göndərmişlər. Mədəniyyətimizin və adətlərimizin tərənnümündə göstərdiyi fəaliyyətlərə görə müəlllim və şagirdlərimizə təşəkkürlər.