"Güllə atıcılığı" yarışında I yerin sahibi olduq

Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə və Nizami rayon ictimaiyyətinin IV İslam Həmrəyliyi Oyunlarına dəstəyinin ifadəsi olaraq "Həmrəyliyimiz birliyimizdir" devizi ilə "Güllə atıcılığı" yarışı keçirilmişdir. Yarışda iştirak edən 9-cu sinif şagirdləri Teymurzadə Orxan, Sadıqlı Əlövsət, Əsgərzadə Nicat məktəbimizin uğurları sırasına daha bir uğur əlavə edərək 1-ci yerin sahibi olmuşlar.