"Şahin" hərbi-idman oyununun rayon mərhələsində I yerin qalibi olduq

05 aprel 2017-ci il tarixində Daxili Qoşunların “N” saylı hərbi hissəsində Nizami Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi. Məktəbimizin hərbi rəhbəri Məmmədov Mübariz müəllim bu dəfə də bizi təəccübləndirmədi, "Şahinlər" komandasının tərkibində iştirak edən şagirdləri layiqli şəkildə  hazırlaşdıraraq  I yerin sahibi olmalarına nail oldu ki, bununla da  məktəbimizin hərbi sahəsində əldə etdiyi uğurları sırasına daha birisi əlavə olundu. “Şahin” hərbi-idman oyununun Nizami mərhələsi Dövlət himninin səsləndirilməsi ilə başladı.İlk öncə Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsinin əhəmiyyəti haqqında geniş məlumat verib və yarışın şərtlərini iştirakçıların diqqətinə çatdırıb.Sonra Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva və Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək “Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaqdan, məktəb şagirdlərini hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına köməklik göstərilməsindən ibarət olduğunu bildiriblər.Həmçinin natiqlər vaxtılə bu kimi oyunlarda iştirak etmiş bir sıra gənclərin bu gün müstəqil ordumuzun ayrı-ayrı bölmələrində şərəflə xidmət göstərdiyini və ordumuzun gücünə güc qatdıqlarını vurğulayaraq, bugünkü oyunun iştirakçılarından da gələcəkdə ordumuzun sıralarında ləyaqətlə xidmət edəcək zabitlər yetişəcəyinə ümidvar olduqlarını söyləyiblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi