“Wonder” Kiçik Həcmli Film Layihəsi

22 may tarixində 220 nömrəli məktəb-liseydə “Wonder” Kiçik Həcmli Film Layihəsi çərçivəsində yaradılmış şagird filmlərinin təqdimatı və mükafatlandırma mərasimi keçirildi.
Tədbirdə məktəbin direktoru Lətifə Əzimova, ingilis dili kafedrasının rəhbəri Nahidə Hüseynova və bir sıra ingilis dili müəllimləri iştirak etdilər. Layihənin rəhbərləri – ingilis dili müəllimləri Ofeliya Qafarova və Kamalə Saqiyeva tədbirin açılışında çıxış edərək layihə haqqında qısa təqdimatla çıxış etdilər və şagirdlərin çəkdiyi kiçik həcmli filmləri nümayiş etdirdilər.
Layihə 2024-cü ilin oktyabr ayında şagirdlərin R.Palasionun “Wonder” adlı romanı oxuma prosesi ilə başlamış, yanvar ayında onlar 3 qrupa bölünərək əsərin motivləri əsasında ingilis dilində ssenarilər yazmış və fevral ayında çəkiliş işlərinə start verilmişdir. Nəticədə 3 orijinal film ərsəyə gəlmişdir.
Tədbir zamanı filmlər nümayiş etdirildi və əvvəlcədən keçirilmiş onlayn səsvermənin nəticələri elan olundu. Qalib komanda açıqlanaraq bütün iştirakçılar sertifikat və ingilis dilində kitablarla təltif olundu.
“Wonder” Film Layihəsi şagirdlərin ingilis dili bacarıqlarının, yaradıcılıq və əməkdaşlıq qabiliyyətlərinin inkişaf etdirilməsi ilə yanaşı, dostluq, empatiya və zorakılığa qarşı durmaq kimi dəyərləri mənimsəmələrinə də şərait yaratdı. Layihə məktəbdə dil öyrənməni mənalı və motivasiyaedici şəkildə təşviq edən uğurlu nümunə oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi