GLOBALLAB layihəsi üzrə yekun mükafatlandırılma konfransı keçirilmişdir

30 mart 2017-ci il tarixində Bakı Avropa Liseyinde UNESCO tərəfindən keçirilən GLOBALLAB layihəsi üzrə yekun mükafatlandırılma konfransı keçirilmişdir. Məktəbimizi bu layihədə biologiya müəllimimiz Hacıyeva Nərgiz koordinator təyin olunaraq təmsil etmişdir. Həyata keçirilən "Planetimizin təbii resursların qorunub saxlanması" adlı birinci layihə dörd təbii ünsürə-su, hava, torpaq və oda həsr olunmuşdur. Layihəyə Bakı şəhərinin 11məktəbi və MDB ölkələrinin 3 partnyor məktəbi-39 nömrəli Gimnaziya (Rusiya), Obolon Gimnaziyası (Ukrayna) və V. P. Çkalov adına 2 nömrəli məktəb cəlb olunmuşdur. Məktəbimiz də bu layihədə uğurla iştirak edərək dəfələrlə mükafatlarla təltif olunmuşdur. Məktəbimizin VII-VIII sinif şagirdləri Yəhyayeva Arzu,Nəsibova Yasəmən, Namazova Cəmilə, Məmmədov Rəşad, İbadova İnci, Məmmədova Nərmin, Məmmədova Fatimə, Seyidzadə Əli və Qocayev Fuad və başqaları, həmçinin daim onlara və bizə dəstək olan valideynlərinə xüsusilə təşəkkür edirik.