VALİDEYNLƏRİN NƏZƏRİNƏ

HÖRMƏTLI VALİDEYNLƏR,
Hər həftənin I günü elektron sistemlərlə bağlı (UTİS, şagird qəbulu, şagird yerdəyişməsi, Şagird-məzun sistemi, rəqəmsal platforma, elektron jurnal və s.) maarifləndirmə işinin təşkili məktəb direktorunun qəbul günüdür.Qəbul zamanı aşağıdakı sualların cavablandırılması təmin olunacaqdır.
- Məktəbəhazırlıq qruplarına hansı uşaqlar qəbul edilir?
- Məktəbəhazırlıq qruplarına qəbul hansı formda həyata keçirilir?
- Uşaq həm məktəbəhazırlıq qruplarında, həm də dövlət məktəbəqədər müəssisədə təlim tərbiyəyə cəlb edilə bilərmi?
- I sinfə hansı yaş uşaqlar qəbul edilir?
- I sinfə şagird qəbulu hansı formada aparılır?
- Üstünlük hüququna əsasən şagird qəbulu aparılan məktəblər nəyə əsasən təyin edilir?
- Dislokasiya nədir, nə üçün tətbiq edilir və hansı məktəblərə tətbiq edilir?
- Məktəblərin əraziləri hansı orqan tərəfindən müəyyən edilir?
- I sinfə qəbul sistemində və şagird yerdəyişməsi sistemində şagird yerləri necə təyin edilir?
- Hansı halda şagird buraxılış imtahanlarında iştirak edə bilmir?
- Eksternat qaydada imtahanlarda kimlər iştirak edə bilər?
- Eksternat qaydada imtahanlarda iştirak etmək istəyən vətəndaş nə vaxt və hara müraciət etməlidir?
- X sinfə şagird qəbulu hansı formada aparılır?
- Rəqəmsal platformada qeydiyyatdan keçən zaman yaranmış problemlə bağlı hara müraciət edilməlidir?