Şagirdlərimizin tamaşası

Bu gün məktəbimizdə 10 H sinif şagirdlərinin iştirakı  və  Qasımova  Xanım müəllimin təşkilatçılığı və ideya rəhbərliyi ilə  M.F.Axundovun "Hekayəti-müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsəri tamaşaya qoyuldu. 
"Ailəm və məktəbim " layihəsi çərçivəsində təşkil olunmuş tamaşaya valideynlər də dəvət olunmuşdur.Öz uşaqlarının ifasında səhnələşdirilmiş tamaşaya baxan valideynlər çox sevincli idilər.Sonda onlar Xanım müəllimə və məktəb rəhbərliyinə təşəkkürlərini bildirdilər.
İstedadlı  şagirdlərimizin möhtəşəm çıxışlarına görə onları təbrik edir, uğurlar arzulayırıq. Quruluşçu rejissor 10 H sinif şagirdi  Həsənli Ziyadır.
Rollarda:
Müsyo Jordan - Rəsulsoy Raul
Hatəmxan ağa - Əzimi Pünhan
Şəhrəbanu xanım - Məhərrəmli Aynur
Xanpəri - Həsənzadə Dəniz
Şərəfnisə - Namazova Aysu
Gülçöhrə - İsgəndərli Humay
Dərviş Məstəli şah - Həsənli Ziya
Qulaməli - İsgəndərli Humay
Şahbaz bəy - Həsənli Ziya

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi