“Ekoloji aylıqlar” layihəsi çərçivəsində mart ayı “Alternativ enerji” mövzusuna həsr olunub

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində tədbirlər davam edir.Layihə çərçivəsində mart ayı ümumi təhsil məktəblərində “Alternativ enerji” mövzusuna həsr olunub. “Alternativ enerji” mövzusu üzrə fizika müəllimi Bəşirova Günel və şagirdləri tərəfindən elmi konfrans, müsabiqə, yarış, “Açıq dərs” və sərgilər keçirilib. Bu sahədə daha çox biliyə yiyələnmək üçün Azərbaycan Texniki Universitetində ekskursiya təşkil olunaraq burada alimlərlə, dosentlərlə, professorlarla görüş keçirilib, araşdırmalar aparılıb. Həmçinin məktəbimizə də professor dəvət edərək şagirdlər öz ideyalarını bölüşüblər.“Alternativ enerji” mövzusu üzrə səslənən ən maraqlı ideyalardan biri VIII sinif şagirdi Qocayev Fuadın “Öz enerjisini özü yaradan evim” ideyası idi. Burada şagirdimiz günəş panelləri, külək pərləri, su elektrik stansiyaları quraşdıraraq kiçik şəhərcik yaratmışdır. Alternativ enerji mənbələrindən istifadə edərək evi işıqlandırmışdır. Daha sonra evin ətrafında qurduğu şosedə nəqliyyat vasitələrinin köməyilə yollarda qurulan mexanizm basılaraq böyük və kiçik çarxı fırladaraq enerji almaq ideyasını irəli sürdü.Digər şagirdimiz Zeynalov Atamalı külək pərlərindən istifadə edərək rayonlarda quyulardan su çıxarmağın mümkünlüyü fikrini irəli sürdü və bunun kiçik maketini hazırladı.Daha sonra Niftalızadə Gülşən mexaniki enerjini elektrik enerjiyə çevirərək kiçik lampanı işıqlandırdı.Həmçinin şagirdlərimiz belə bir ideya irəli sürdü ki, Novruz bayramı ərəfəsində günəşdən alınan enerji hesabına su qaynadaraq birinciləri və məktəbin himayəsində olan 1 nömrəli uşaq evinin uşaqlarını şirniyyatlarla çay süfrəsinə dəvət edək. Şagirdlərimiz bu işi də uğurla həyata keçirdi. Bunun üçün dəniz qumu, mis boru və mis qabdan istifadə edərək suyu qızdırmağa nail oldular. Qeyd edək ki, mart ayının sonunda mövzuya uyğun olaraq “Alternativ enerji sahəsində ayın ən maraqlı ideyası” nominasiyası üzrə qalib məktəb seçiləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi