Məktəbimizdə Rəqəmsal Platforma ilə Bağlı Çəkiliş

Bu gün məktəbimizdə Təhsil TV tərəfindən rəqəmsal platforma ilə bağlı çəkiliş həyata keçirildi. Şagirdlərimiz platformaya qeydiyyat prosesi, funksiyaları və onun yaratdığı imkanlar haqqında danışdılar, əyani şəkildə kömpüterdə prosesi göstərdilər.
Rəqəmsal platforma müasir təhsil texnologiyalarını bir araya gətirərək müəllim və şagirdlərə innovativ öyrənmə mühiti təqdim edir. Platforma vasitəsilə şagirdlər interaktiv tapşırıqlardan istifadə edir, fərdi tədris materiallarına çıxış əldə edir və müəllimləri ilə daha səmərəli əlaqə yaradırlar. Bu sistem, həmçinin qiymətləndirmə prosesini avtomatlaşdıraraq, şagirdlərin inkişafını real vaxt rejimində izləməyə imkan verir.
Rəqəmsal tədrisin tətbiqi şagirdlərimizin XXI əsr bacarıqlarını inkişaf etdirməsinə və texnologiya ilə daha yaxından tanış olmasına şərait yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi