“Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi keçirildi

Məktəbin ingilis dili müəllimi Babayeva Xuraman 6-8-ci sinif şagirdləri birlikdə “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi keçirtmişdir. Şənliyin məqsədi ingilis dili vasitəsilə Azərbaycan xalqının Novruz bayramı ilə əlaqədar olan qədim adət və ənənələrini müəllim, şagird və valideyn kollektivinə çatdırmaq, eyni zamanda şagirdlərin ingilis dilində sərbəst şeir, mahnı söyləmələri və səhnəciklərdə iştirak etmək bacarıqlarını üzə çıxartmaq idi. Tədbirdə həmçinin fəxri qonaq qismində Azərbaycan Dillər Universitetinin linqvo-kulturologiya kafedrasının dosenti Lətifə Süleymanova və həmin universitetin məktəbimizdə təcrübə keçən tələbələri də iştirak etmişdir. Tədbirin sonunda Lətifə xanım çıxış edərək tədbirdə iştirak edənlərə öz minnətdarlığını bildirmiş, onlara uğurlar arzulamışdır. Şagirdlərə dərslərinə daim diqqət yetirməyi tövsiyə etmişdir.