“Adımızdır Azərbaycan” adlı tədbir keçirildi

10.03.2017-ci il tarixində 4B sinfində “Adımızdır Azərbaycan” adlı tədbir keçirildi. Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti nümayəndəsi Gülnaz İsrafilova və Bakı Şəhəri Üzrə Təhsil İdarəsinin nümayəndəsi Fərman Abdullayev fəxri qonaq qismində çıxış etdilər. Vətənimizin bölgələrinə həsr olunmuş tədbirdə hər bölgəyə aid məlumatlar, şeir parçaları təqdim olundu, qısa videoçarx nümayiş etdirildi, şagirdlər Vətənimizin bölgələrinə aid mahnılar, rəqslər ifa etdilər.Tədbirdə ana dilimizi sevək və sevdirək deyən uşaqlar maraqlı ifaları ilə şeirlər və klip təqdim etdilər. Səhnəyə bayrağın möhtəşəm gətirilişi tamaşaçılarda daha böyük qürur hissi doğurmuşdu. Sonda sinif rəhbəri Bağırzadə Elza “uşaqlarda vətənə, torpağa, bayrağa, ana dilimizə sevgi hissini aşılamaq bir müəllim kimi mənim borcumdur” – deyə vurğuladı.