Şagird uğuru
Məktəbimizin 10 H sinif şagirdi İsgəndərli Humay Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Qasımovanın təklifi ilə məşhur Türkmənistan şairi olan Məhtimqulu Fəraqinin 300 illiyinin şərəfinə keçirilmiş inşa müsabiqəsində finalçı olaraq medal və diplomla mükafatlandırılmağa layiq görülmüşdür. Qeyd edək ki, bu müsabiqə bütün türk dövlətləri arasında keçirilmişdir və hər ölkədən yalnız 15 nəfər inşasına görə yer tutmuşdur.İnşa yazı Türksoy jurnalında çap olunmuşdur.