Bullinqlə mübarizə qayda və prosedurları
Təhsil İnstitutunun sifarişi ilə həyata keçirilən layihə çərçivəsində “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar”a uyğun olaraq “Antibullinq sənədi” məktəb rəhbərliyi , psixoloqlar və bir qrup müəllim heyətinin diqqətinə çatdırılmış, "Bullinq anlayışı", “ Bullinq hallarının müəyyən olunması" ,"Bullinq hallarının qarşısının alınması", "Bullinq halları zamanı görülən tədbirlər",eləcə də Əlavə 4.- "Bullinq bildiriş forması
Əlavə 5. - Bullinq qeydiyyat forması
Əlavə 6. - Bullinq apellyasiya forması
Əlavə 7. - Bullinq halı ilə bağlı görüləcək tədbirlər planı forması mövzularında 4 günlük təlim təşkil olundu. “Bullinqlə mübarizə qayda və prosedurları”nın məqsədinin məktəb icması daxilində hörmət, empatiya və xeyirxahlığı təşviq etmək olduğu xüsusilə vurğulandı. Ümumi təhsil müəssisələrinin bütün təhsilalanları və məktəb heyətini bullinqə məruz qalmaq qorxusunun olmadığı, sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitlə təmin etməli olduğu məktəb heyətinin diqqətinə çatdırıldı.