Məktəbimizin sabiq direktoru Almaz Əsgərovanın 65-ci ildönümü qeyd edildi

11 mart 2017-ci il tarixində məktəbimizin sabiq direktoru Azərbaycan Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Əsgərova Almaz Ələsgər qızının 65-ci ildönümü qeyd edildi. Xatırladaq ki, Almaz müəllim həyatının 21 ilini 220 nömrəli məktəb-liseyə həsr etmişdir. Onun rəhbərlik etdiyi dövrlərdə məktəbimiz bir çox uğurlar əldə etmiş, bir sıra beynəlxalq layihələrə qoşulmuş, şagirdlər bir sıra yerli və xarici müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanmışlar, idman, hərbi və digər yarışlarda iştirak edərək müxtəlif illərdə birici və ikinci yerlərə layiq görülmüşlər. Həmçinin 2007-2008 və 2012-2013-cü tədris illərində "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülərək Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən mükafata layiq görülmüşdür.Almaz xanımın misilsiz əməyinin nəticəsidir ki, Azərbaycan Respublikasının Əməkdar Müəllimi və Tərəqqi ordeninə layiq görülmüşdür. 2017-ci ildə isə “Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi” tərəfindən “Türk Dünyası Fahri Öğretmeni” mükafatına layiq görülmüşdür.Məktəbimizin müəllim və şagird kollektivi adından Almaz xanıma uzun ömür, can sağlığı və işlərində yeni müvəffəqiyyətlər arzu edirik.