1H sinfində “Peşələri daha yaxından öyrənək” adlı silsilə dərslərə başlanıldı

1H sinfində “Peşələri daha yaxından öyrənək” adlı silsilə dərslərə başlanıldı. Sinfin müəllimi Firdanə Məmmədova 5 Mart Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar uşaqlara idmanın faydası, düzgün qidalanma və sağlam həyat tərzi haqqında məlumat vermiş və şagirdləri Milli Gimnastika Arenasına ekskursiyaya aparmışdı. Ekskursiya zamanı uşaqlar məşq zalları, böyük idman tədbirləri və yarışlar keçirilən əsas bina ilə tanış olmuşdular. Daha sonra birincilər gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri məşq edən zala daxil olmuş, gimnastların məşqlərinə tamaşa etmişlər. Yığmanın üzvləri şagirdlərə bəzi gimnastika hərəkətlərini öyrətmiş və onlar bu hərəkətləri həvəslə icra etmişlər. Ekskursiyanın sonunda şagirdlər Dünya, Avropa çempionlarımıza idmana gəlişləri haqqında sual vermiş, idmançılar da onların suallarını cavablandırmışlar. Şagirdlər idmançılarla xatirə şəkli çəkdirdilər və arenadan xoş təəssüratla ayrıldılar. Sonda şagirdlərə Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gimnastika Federasiyası tərəfindən hədiyyələr paylanıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi