İngilis dili üzrə fənn müəllimlərinin forumu keçirildi

04 fevral tarixində Heydər Əliyev adına Müasir Təhsil Kompleksində ingilis dili üzrə fənn müəllimlərinin forumu keçirilmişdir. Məktəbin ingilis dili müəllimi Xuraman Babayeva da bu forumda iştirakçı qismində iki seminarda iştirak edərək fikir mübadiləsi aparmış, ingilis dilinin tədrisində müxtəlif fənlərin inteqrasiyasının necə təşkil olunması və tətbiqi üsulları barədə danışmış və sertifikatla təltif olunmuşdur.Forumun əsas məqsədi ingilis dili fənnini tədris edən, ingilis dili üzrə yeni proqramlarda işləyən və ingilis dilində nitq inkişafından əlavə fənlərin tədrisi ilə məşğul olan müəllimlərin metodiki yanaşma və təcrübələrinin mübadiləsini təmin etməkdir. Forumda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Əmrullayev Emin və Heydər Əliyev adına Müasir Təhsil kompleksinin İngilis dili fakultəsinin dekanı Fəridə Hüseynova da çıxış etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi