Beynəlxalq Qadınlar Günü münasibətilə 3b sinfində tədbir keçirildi

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ibtidai sinif müəllimi Əliyeva Minarə 3b sinfində “Gəlin sevindirək anaları biz, onlarsız keçməsin bircə anımız” adlı tədbir keçirdi. Tədbirdə şagirdlər anaya aid şeirlər söylədilər, mahnılar oxudular, həmrəylik, birlik rəmzi olan Yallı rəqsini oynadılar. Həmçinin dünya xalqlarının rəqslərini ifa edərək nəinki Azərbaycan qadınlarını, həmçinin bütün dünya ölkələrinin (o cümlədən, İran, Türkiyə, Amerika, İsrail, Venesuella, Özbəkistan, Rusiya, Hindistan, Yaponiya) qadınlarını da təbrik etdilər. Tədbir şagirdlərin "Anacan" mahnısının ifası ilə yekunlaşdı.