“Çərşənbə iməcilikləri” layihəsi çərçivəsində üçüncü iməcilik keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsi çərçivəsində növbəti üçüncü iməcilik keçirildi. Məktəbyanı sahədə məktəbin müəllim və şagirdlərinin iştirakı ilə iməcilik təşkil olundu. Şagirdlər torpağı bellədilər, ağacları əhənglədilər və məktəbin ətrafına güllər əkdilər. Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.