Şəhid məzunumuz Alı Həsənlinin anım günüdü

21 oktyabr məktəbimizin məzunu olmuş Şəhid Alı Həsənlinin anım günüdür!
Anım günü münasibəti ilə məktəbimizin kollektivi 4 il adını qürurla daşıdığı 5G sinfinin şagirdləri, sinif rəhbəri Məmmədova Əfsanə , 11-ci sinif şagirdləri, hərbi rəhbər məktəbimizin şəhid məzunu Alı Həsənlinin abidəsini ziyarət etdilər.
Eyni zamanda hal-hazırda adını daşıdığı 1ə sinfində də şəhidimizin xatirəsi hörmət və ehtiramla yad olunub.
Təhsil aldığı Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-lisey kollektivi başda olmaqla hər birimiz xalqımızın igid balasını iftixar hissi ilə anırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.