5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirildi

5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə məktəbimizdə fiziki tərbiyə müəllimlərimiz Gülyana Özcan və Hacıyev Orxan, ingilis dili müəllimi Qafarova Ofeliyanın təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə Təhsil Nazirliyi və British Council birgə layihəsi olan TOPs layihəsinin rəhbəri Vəli Musayev, ağırlıq qaldırma üzrə 4 qat Avropa və Olimpiya çempionu Valentin Xristov, Karate Federasiyasının vitse prezidenti Vüqar Həziyev, Nizami rayon Gənclər və İdman idarəsinin rəisi Elşən Mirzəyev, Təhsil Nazirliyinin nümayəndəsi Səməndər Allahverdiyev fəxri qonaq qismində çıxış etdilər.Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı. Daha sonra 11-ci sinif şagirdi Əliyev Ruslan gitarada “Zəfər” mahnısını ifa etdi, Bayramov Samir isə nağarada öz məharətini göstərdi. Həmçinin milli və xarici musiqi sədaları altında rəqslər nümayiş olundu.Tədbirdə Azərbaycan Qocyu-Ryu Karate Federasiyasının gənc karateçiləri də nümunəvi bir oyunla çıxış etdilər. Sonda yarışda qalib olan komandalar festivalda fəal iştiraklarına görə fəxri qonaqlarımız tərəfindən diplomla təltif olundular.