Dərman kimi məktub

Şərəfli peşə sahibi olan müəllimlər 44 günlük Vətən müharibəsinin gizli gəhrəmanlarına çevrildilər. Hamı kimi məktəbimizin ibtidai sinif müəllimi Abdullayeva Mətanət də müharibə zamanı öz vətəndaşlıq borcunu yerinə yetirərək cəbhəyə yardımlar göndərirdi. Yardımlar müxtəlif olurdu. Növbəti göndərilən yardım müharibədən sonra əsgərlərin daha çox ehtiyacı olan dərman bağlaması oldu. Mətanət müəllim dərmanla dolu bağlamanın içərisinə imzasız bir məktub da yazıb qoyur. Məktubda ürək yanğısı ilə yazılan kəlmələr əsgərlərə öz doğma analarının sözləri qədər məlhəm olur. Məktubun məzmunundan təsirlənən əsgərlər elə həmin an cavab məktubu yazmağı qərara alırlar. Qələbədən 2 ilə yaxın zaman keçməsinə baxmayaraq uzun axtarışların nəticəsində əsgərlərdən biri müəllimimizi taparaq, cavab məktubunu ona çatdırır. Bu hadisə hekayəyə çevrilərək, bir çox yazıçıların diqqətini cəlb edir. Həmin hekayə Prezident təqaüdçüsü, yazıçı Çinarə Köçərlinin “44 Gün Qaradağda” kitabının "Qayıdış” adlı lll cildində "Dərman kimi məktub" başlığı altında yer almışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi