SASMO 2024 mükafatlandırma mərasimi keçirilib
Məktəb-liseyimizin şagirdləri SASMO Riyaziyyat Olimpiadasında göstərdikləri uğurlu nəticələrə görə qızıl, gümüş, bürünc medal ilə təltif ediliblər. Belə ki, SASMO 2024 Olimpiadasında iştirak edən şagirdlərdən Əmiralı Səid, Rüstəmov Rəşid qızıl medala, Məmmədli Elvin gümüş medala,Əlizadə Vaqif, Vəliyev Vaqif, Əhmədzadə Səlim bürünc medal ilə təltif olunublar. Şagirdlərimizin bu nailiyyətləri məktəbin böyük potensialını bir daha sübut edir.
Bu cür gözəl nəticələrin arxasında dayanan müəllimlərimizə və valideynlərə dərin təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, 2006-cı ildə yaradılmış SASMO Asiyada ən böyük riyaziyyat olimpiadalarından biridir. Bu günə qədər SASMO-da 10 000-dən çox məktəbdən 250 000-dən çox iştirakçı iştirak etmişdir. 2022-ci ildə biz 40-dan çox ölkə ilə əməkdaşlıq edirik.
SASMO müsabiqələri tələbələrin düşüncə potensialını genişləndirmək məqsədi daşıyır, onların SASMO-da iştirakı onlara məktəb riyaziyyatında, eləcə də yüksək səviyyəli düşünmə bacarıqlarını təkmilləşdirməyə kömək edəcək.