5-ci sinif şagirdləri ilə görüş.

İbtidai təhsil pilləsini başa vurub orta təhsil pilləsinə qədəm qoyan 5-ci sinifləri salamlamaq, ilk təəssüratlarını öyrənmək, dəstək olmaq üçün görüşlər təşkil olundu. Direktor müavini Fidan Əliyeva şagirdlərlə müəyyən mövzular üzrə söhbət aparmış, davranış, nizam-intizam qaydalarını izah etmiş, dərslərinə məsuliyyətlə yanaşıb yüksək nəticə əldə etməyin vacibliyini vurğulamışdır.