Nəsillərin görüşü: ahıllar birincilərin sevincinə şərik oldu

Uşaq evindən birinci sinfə gedən azyaşlıları məktəbə ahıllar evinin sakinləri aparıb.
Bakı şəhəri 220 nömrəli məktəb-liseyin birinci sinfində təhsil alacaq 7 nəfər uşağı müşayiət edən ahıllar məktəbliləri ilk dərs günü münasibətilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
Məktəbimizin direktoru Lətifə Əzimova isə deyir ki, onların işi vətənə, millətə faydalı insanlar yetişdirməklə yanaşı, həm də bu uşaqların zehnində xoş xatirələr buraxmaqdır.