“Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusunda sərgi keçirildi

Fevral ayında “Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Ekoloji mədəniyyət və incəsənət, Azərbaycanın ekoloji tarixi və etnoqrafiyası” mövzusu ətrafında müxtəlif istiqamətlərdə araşdırma aparılmışdır. Bununla əlaqədar məktəbimizin müəllimləri öz dərslərində şagirdlərlə bu mövzular ətrafında açıq dərslər, müzakirələr aparmış və şagirdlərin arzusu ilə sərgi keçirmək qərara almışlar. Şagirdlər öz bacarıqlarını göstərərək qədim dövrdən başlayaraq indiyə kimi xalqımızın yaratdığı mədəniyyət abidələrinin maketlərini, görkəmli şəxsiyyətlərin, məhv edilmiş heyvanların, xarı bülbülümüzün şəkillərini, milli geyimdə düzəltdikləri gəlincikləri, hətta milli qəhrəmanımız Ərəstun Mahmudovun portretini də çəkib gətirmişdilər. Bəzi şagirdlərimiz terrora məruz qalmış rayonlarımızda dağıdılmış abidələrimizin, korlanmış ekologiyamızın, təbiətimizin, nadir bitkilərimizin şəkillərini internetdən araşdırıb tapmış və stend halında düzəltmişdilər. Bununla da şagirdlər işğal altındakı torpaqlarımızın işğaldan əvvəl və indiki ekoloji vəziyyətlərini üzə çıxardıb bütün məktəb şagirdlərimizi məlumatlandırdılar. Hətta müasir komplekslərimizin maketlərini düzəldib, şəkillərini çəkib göstərməklə Azərbaycanın müharibə şəraitində olmasına baxmayaraq necə inkişaf etdiyini xüsusi vurğulamışdılar. Sərgi günündə tarix müəllimlərimiz sərgiyə baxan bütün şagirdlərimizə ətraflı məlumatlar vermişdilər. 4ç sinif şagirdi Abbaszadə Əhmədin "Ekoloji terrora" aid düzəltdiyi kompozisiya maketi xüsusi bəyənildi. Yaşının kiçik olmasına baxmayaraq evdəki oyuncaqlardan düzəltdiyi bu maketdə canlı təbiətin-ağacların kəsilməsi, məhv edilməsi, heyvanların öldürülməsi xüsusi vurğulanmışdır. Məktəbimizin şagirdlərinə "ekoloji terror " mövzusunda dərslər keçirilmiş, slaydlar göstərilmiş, işğal altında olan torpaqlarımızda qalan 2 qoruq, 4 yasaqlıq haqqında , meşə yanğınları, nadir 200 illik çinar ağaclarımızın qırılması, məhv edilməsi haqqında məlumatlar verilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi