4-cü sinflərin məzun günü

Artıq ibtidai təhsil pilləsini başa vuran dördüncülərimiz də məzun olurlar.Belə siniflərdən biri məktəbimizin məzunu ŞƏHİD ALI HƏSƏNLİNİN adını daşıyan 4G sinfidir.Öz bilik və bacarıqları ilə,olimpiada və yarışlarda medalçıları,finalçıları ilə,müxtəlif layihələrdə iştirakları ilə,məktəbin ictimai işlərində fəallıqları ilə seçilən siniflərdəndir 4G sinfi.Vətənpərlikləri,şəhidinə,onun ailəsinə sevgiləri ,məhəbbətləri ilə yaddaşlara həkk olundu bu sinif.Bu sevgilə də Həsənli ailəsi şagirdləri ibtidai təhsil pilləsindən MƏZUN olmaları münasibətilə təbrik etməyə gəldi.Şəhidimizin anası Ramilə xanım və bacıları arzularını söyləyərək hədiyyələrini təqdim etdilər.Sinif rəhbəri M.Firdanə şagirdlərinə xeyir-dua verdi.Şagirdlər isə SON SÖZLƏRİNİ AND İÇMƏ ilə söylədilər və onlar üçün uşaqlığın SON ZƏNGİ çalındı.

Biz də şagirdlərimizə növbəti təhsil ilində uğurlar arzulayırıq.Yolunuz daim açıq olsun,əziz şagirdlərimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi