220 nömrəli məktəb liseyin qızları və müəllimləri Festivalda!

220 nömrəli məktəb liseyin qızları və müəllimləri Festivalda! 

UEFA ,Disney , AFFA-nın birgə əməkdaşlığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə ölkəmizdə qadın futbolunun inkişafı məqsədilə 5-8 yaşlı qızlar üçün həyata keçirilən "Playmakers" layihəsi ilin yekun tədbiri olaraq ASCO arenada festival keçirilmişdir.Festivalda Bakı şəhərindən olan 20 məktəb 200 dən çox 5-8 yaşlı qız iştirak etmişdir.Layihə Azərbaycanda 2022-ci ildən həyata keçirilir.Playmakers layihəsinə 5-i region 25-i bakı şəhərindən olan 30 məktəb cəlb olunmuşdur.Layihənin əsas məqsədi "Disney" cizgi filmləri hekayələri üzərindən qızların sağlam həyat tərzinə cəlb edilməsi və eləcə də, sosial bacarıqların, fundamental fiziki hərəkətlərin və futbolun əsaslarının öyrədilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi