"Xocalı uşaqların gözü ilə" adlı tədbir keçirildi

Məktəbin fəaliyyət planına əsasən 2ə sinfində Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar "Xocalı uşaqların gözü ilə" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı, daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Xocalı faciəsi barədə söhbət açıldı.Tədbirdə Qarabağ müharibəsi veteranları İzzət Şirinov və Mərdan Şahıyev fəxri qonaq qismində iştirak etdilər.Şagirdlər Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.Tədbirin sonunda Xocalı faciəsinin təkcə ildönümlərində deyil, hər zaman xatırlanması şagirdlərə tövsiyə olundu və onları ərazi bütövlüyü və torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə səslədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi