Məktəbin fəaliyyət planına əsasən Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirildi

24.02.2017-ci il tarixində məktəbimizdə 1-ci dərsdə Xocalı faciəsinin 25-ci ildöünümü qeyd edilməsi ilə əlaqədar anım saatları keçirilmişdir. Şagirdlər ilk öncə şəhidləri bir dəqiqəlik sükutla yad etdilər. Sonra Xocalı genosidi ilə bağlı uşaqlar məlumatlandırıldı, sənədli və bədii filmlərin nümayişi təşkil olundu. Məktəbin foyesində divar qəzetləri, foto-stendlər, guşələr hazırlandı. Məktəbimizin adını daşıdığı Ərəstun Mahmudovu ehtiramla yad etdilər.1H sinfində Məmmədova Firdanə uşaqları Qarabağ müharibəsi veteranı, II qrup əlil Əvəz Aslanovla tanış etdi. Qanlı hadisələrin şahidi olan veteran torpaqlarımız uğrunda gedən döyüşlərdən danışdı, uşaqların suallarını cavablandırdı. Abdullayeva Mətanət müəllimin 1C sinfində Xocalı faciəsi ilə əlaqədar şeirlər, bayatılar söylənildi, rəsmlər çəkildi. Xocalı soyqırımının tanınmasında əvəzsiz rolu olan Çingiz Mustafayevin qəbri ziyarət edildi. Ondan sonra “Ana fəryadı” heykəlinə baş çəkib gül dəstələri qoyuldu. Yekun olaraq şagirdlər bütün eşidib gördükləri haqqında esse yazdılar.