Milli qəhrəman Ərəstun Mahmudovun 60 illiyi münasibətilə tədbir keçirildi

Azərbaycan Respublikasının milli qəhrəmanı Ə. Mahmudovun 60 illiyini qeyd etmək münasibətilə ibtidai sinif müəllimi Əliyeva Fidan 4e sinfinin hazırcavab şagirdləri ilə intellektual oyun keçirdi. Oyun 5 mərhələdən ibarət idi: "Ölkəm", "Azərbaycan dili", "Hesabdar", "Ordan-burdan", "Bu bizik". Bu rubrikalar vətənpərvərlik mövzusunu əks etdirmişdi. Viktorina Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və milli qəhrəmanımız Ərəstun Mahmudovun xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı. Şagirdlər "Ölkəm", "Azərbaycan dili", "Hesabdar", "Ordan-burdan" rubrikalarında öz intellektual biliklərini nümayiş etdirdilər. "Bu bizik" rubrikası isə sırf milli qəhrəmanımız Ə. Mahmudova həsr olunmuşdu.Hər komanda üzvü Ə. Mahmudov haqqında esseler, rəsm əsərləri, slaydlar hazırlamışdılar. Sinfin şagirdləri İsgəndərli Aydan və Əsgərli Nuray Ə. Mahmudova həsr etdikləri şeirləri söylədilər. Tədbirdə məktəbin direktoru və müəllim kollektivi qonaqlar sırasında idilər. Həmçinin xüsusi dəvət olunmuş Ə. Mahmudovun qızı Mehriban Mahmudova fəxri qonaq qismində iştirak etdi. Tədbirin sonunda şagirdlər Ə. Mahmudovun qızı Mehriban xanımın atası ilə bağlı xatirələrini, qardaşının təyyarə qəzasında itkin düşməsi haqqında olan faktları dinlədilər, öyrəndikləri yeni məlumatlar onları çox sevindirdi.