“Çərşənbə iməcilikləri” layihəsi çərçivəsində məktəbimizdə iməcilik keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib.Bu məqsədlə məktəbyanı sahədə məktəbin müəllim və şagirdlərinin iştirakı ilə iməcilik təşkil olundu. Şagirdlər torpağı bellədilər və məktəbin ətrafına güllər əkdilər.Layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.Layihə çərçivəsində Novruz bayramı ərəfəsində 4 ilaxır çərşənbə münasibətilə Bakı şəhəri üzrə 12 inzibati rayonun ümumi təhsil məktəblərində kütləvi olaraq, müəllim, şagird və valideyn icmasının iştirakı ilə məktəbyanı ərazilərdə iməciliyin keçirilməsi nəzərdə tutulub.Qeyd edək ki, su, od, yel və torpaq çərşənbələrinə həsr olunan iməciliklərin keçirilməsi ilə şagirdlər qədim ənənələrə söykənən, Azərbaycan xalqının milli ünsürlərini özündə birləşdirən Novruz bayramının tarixi, Novruz adət-ənənələri barədə daha geniş məlumat ala biləcəklər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi