21 fevral Beynəlxalq Ana Dili Günüdür!

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. 

Bu gün 4g sinfində Azərbaycan dili dərsində “Divar qəzetinin hazırlanması”mövzusu da 21 Fevral-Beynəlxalq Ana dili Gününə həsr olunmuşdur.

Məktəb direktoru Lətifə xanım, direktor müavinləri, psixoloq və azərbaycan dili müəllimlərinin də iştirakı ilə təşkil olunmuş dərs Ulu öndər H.Əliyevin dilimiz haqqında söylədiyi dəyərli fikirlərlə başladı.Şagirdlər qruplarda birləşərək müxtəlif adlarda divar qəzetləri hazırladılar.Qəzetin rublikaların da maraqlı faktlar öz əksini tapmışdı və şagirdlər qəzet materiallarını yüksək şəkildə təqdim etdilər.

Dərsin sonunda Firdanə müəllim şagirdlərə”Hər bir azərbaycanlının mənəvi borcu doğma ana dilini qorumaq,inkişaf etdirmək və gələcək nəsillərə ötürməkdir.Ana dili bizim həyatımız,imanımız və qeyrətimizdir.”sözləri ilə bitirirək şagirdlərə tövsiyələr verdi.

Tədbirdə iştirak edən qonaqlar önəmli günə həsr olunmuş xüsusi dərs təşkil etdiyi üçün Firdanə müəllimə və şagirdlərə təşəkkürlərini bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi