“Sabahın alimləri” VI Respublika Müsabiqəsinə start verilib

Fevralın 16-da “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Açılışda həmçinin məktəbimizin X sinif şagirdləri Əbdülhəsənli Tunar və Əliyev Murad da iştirak etdilər. Onlar uzun müddət fizika müəllimi Məmmədova Gülbənizin köməyilə bu müsabiqəyə hazırlaşmışlar. Nəticədə fizika, astronomiya nominasiyası üzrə layihələrini təqdim edərək “Sabahın alimləri” VI Respublika Müsabiqəsinin direktoru Yaqub Piriyev tərəfindən sertifikatla təltif olunmuşlar.Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteI İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir.Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində aparılan islahatların gənclərdə müasir düşüncə tərzinin formalaşmasına, onların tədqiqatyönlü fəaliyyətə cəlb edilməsinə istiqamətləndiyini vurğulayıb. Nazir qeyd edib ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş 158 məzundan 38 nəfəri son dörd ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Hazırda onlar Azərbaycanın və xarici ölkələrin universitetlərində təhsil alırlar.“Sabahın alimləri” müsabiqəsinə ölkə miqyasında marağın və iştirakçı şagirdlərin sayının ildən-ilə artdığını deyən nazir bildirib ki, builki yarışmada ölkəmizin 13 şəhər və rayonunun ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə ilə iştirak edir. Layihələrin qiymətləndirilməsi üçün aparıcı alimlərdən ibarət Münsiflər Heyəti yaradılıb.Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq.Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və “İntel” şirkətidir.“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.2012-ci ildən keçirilən müsabiqəyə bu günədək 730 nəfər şagird qatılıb, onlardan 30 şagird Intel İSEF-də iştirak etmək hüququ qazanıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi