Türkiyə və Azərbaycan eTwinning layihə görüşündə

Türkiyə - Azərbaycan müəllim və məktəbliləri ilə eTwinning beynəlxalq layihəsi çərçivəsində BDU-nun müəllimi alim Fikrət Əlizadə və tanınmış sənətçimiz Aşıq Samirə ilə "Kitabi-Dədə Qorqud"la ozan sənətinə həsr olunmuş görüş keçirilmişdir.Azərbaycanı Bakı şəhəri 220 nömrəli məktəb-liseyin müəllimi Xanım Qasımova və şagirdləri təmsil etmişlər.Şagirdlər "Kitabi - Dədə Qorqud " dastanından deyimləri səsləndirmişlər."İki kültür, tek dil " beynəlxalq eTwinning layihəsinin qurucuları Türkiyədən Güler Göçer və Azərbaycandan Xanım Qasımovadır.Görüşdə türkiyəli müəllimlərdən
Zeynep Ergül İzci, Şükran Yapıcıoğlu, Özlem Çiftçi iştirak etmişlər.