Yüksək bal toplayan məzunlarla görüş keçirildi

Bu gün 2015-2016-cı tədris ilində 700 bal toplayan Elvin Manaf oğlu İsayev və 629 bal toplayan Samir Fərizxan oğlu Məmmədovun builki abituriyentlərlə görüşü keçirildi. Tələbələr builki məzunların suallarını cavablandırdılar, onlara özlərinin əldə etdiyi təcrübələrə əsaslanaraq imtanlarda yüksək nəticə əldə edə bilmələri üçün tövsiyyələr verdilər. Xatırladaq ki, Elvin İsayev Bakı Dövlət Universitetinin hüquqşünaslıq, Samir Məmmədov isə Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat uçotu və audit fakultəsində təhsilini davam etdirirlər.