1C sinfi əlifbanı bitirməyi fərqli səkildə qeyd etdilər. Sinif rəhbəri Abdullayeva Mətanət usaqlara əlifbanı bitirmək münasibətilə nağıl qəhrəmanı Buratinonu dəvət etmişdi. Şagirdlər tədbirdə hərflərə aid şeirlər söylədilər və mahnı oxudular. Tədbirin sonunda Buratino uşaqlara bilik açarı bağışladı. Açarın üzərində “Elmin qapıları üzünüzə açıq olsun” sözləri yazılmışdı.