SHXÇDX-nın yaradılmasının 5-ci ildönümü münasibətilə məktəbimizin direktoru, hərbi rəhbər və direktor müavini Fəxri Fərmanla təltif olundular

13 fevral 2017-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunmuşdur. Xidmətin Aparatının inzibati binasında tədbir keçirilmişdir. Tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Tədbirdə çıxış edən qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 5 il ərzində böyük nailiyyətlər qazanıldığını və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd etmişlər.Tədbirin sonunda məktəbimizin direktoru Nərminə Ağayeva, hərbi rəhbər Mübariz Məmmədov və təsərrüfat işləri üzrə direktor müavini Tahirə Həsənova gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında funksional vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin rəisi polkovnik Eldar Tağıyev tərəfindən Fəxri Fərmanla təltif olunmuşlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi