1H sinfi çörək zavodunda ekskursiyada oldular

1H sinfi müəllimləri Firdanə Məmmmədovanın rəhbərliyi ilə 11.02.2017-ci il tarixində istirahət günlərini çox maraqlı keçirdilər. Onlar ilk öncə “Nömrə 1” çörək zavodunda oldular. Orada çörəyin hazırlanmasını izlədilər. Dəzgahların səsi, hərəkəti uşaqlarda çox böyük maraq yaratdı. Uşaqlar zavodun işçilərinə onları maraqlandıran suallarla müraciət etdilər. Bu ekskursiya vasitəsilə çörəyin böyük zəhmətlə hazırlandığını bir daha başa düşdülər. Daha sonra Q. Abbasov adına mədəniyyət evinde "Humayın yuxusu " adlı tamaşaya baxdılar. Aktyorların onlarla birbaşa ünsiyyətə girməsi daha maraqlı idi. Tamaşa uşaqların çox xoşuna gəldi.