“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçiriləcək

Fevralın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçiriləcək. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdir.Müsabiqənin şəhər mərhələsinə vəsiqə əldə etmiş 9-cu sinif şagirdi Osmanova Aytac və 11-ci sinif şagirdi Qocayeva Afeliyaya uğurlar arzulayırıq.