1H sinfində "Əlifbaya minnətdarıq" adlı dərs-tədbir keçirildi

Məktəbin ibtidai sinif müəllimi Məmmədova Firdanənin 1H sinfində “Əlifba” mövzusuna həsr edilmiş "Əlifbaya minnətdarıq" adlı dərs-tədbir keçirilmişdir. Sinfin müəllimi Firdanə Məmmədova şagirdlərə əlifbanın yaranma tarixi haqqında məlumat vermiş, şagirdlər səhnəcik göstərmiş, elm haqqında kəlamlar söyləmişlər. Daha sonra müəllimin söylədiyi "Əlifbanın nağılı"nı şagirdlər Azərbaycan dilinin incəliklərini tərənnüm edən fikirləri, şeirləri ilə davam etdirmişlər. Firdanə müəllim şagirdlərini əlifbanı müvəffəqiyyətlə öyrənib qurtarmaqları münasibətilə təbrik etmiş ve tərifnamə ilə mükafatlandırmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi