Şəhid Polkovnik - leytenant Orxan Əkbərovun ailəsi ziyarət edilib.

Bu gün Şəhid Polkovnik-leytenant Orxan Əkbərov adına 1D sinif şagird və valideynlərdən ibarət nümayədə sinif rəhbəri Gülnarə müəllim Quliyevanın rəhbərliyi ilə şəhid ailəsini ziyarət ediblər. Şəhid ailəsini 8 Noyabr Zəfər Günü münasibəti ilə təbrik edən şagirdlər öz şeir töhvələrini qəhrəmanın ailəsinə çatdırıblar.Şəhid Orxan Əkbərovun guşədə olan şəxsi əşyaları, şəhidin döyüş yoluna həsr olunmuş “Əfsanəvi Qəhrəman “adlı kitabı və medalları balacaların marağına səbəb olub.Qəhrəman haqqında daha çox öyrənmək və digər yoldaşlarına çatdırmaq üçün müəllimə verilən sualların ardı-arası kəsilməyib. Sonda şəhidin güşəsinə sinif adından “Zəfər “ adlı kompazisiya təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi