"İngilis dili Müəllimlərinin 7-ci Regional Qafqaz Konfransı" keçirildi
Məktəbimizin İngilis dili müəllimi Ofeliya Qafarova Amerika Birləşmiş Ştatları Səfirliyinin dəstəyi ilə 27 - 28 yanvar tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən "İngilis dili Müəllimlərinin 7-ci Regional Qafqaz Konfransı"nda "Project Based Learning in ELT" mövzusunda təqdimatla çıxış etdi. Müvəffəqiyyətli layihələrinə və təqdimatına görə sertifikatla təltif edilmişdir.