"Məktəbdə nəyə qənaət edə bilərik" mövzusunda açıq dərs keçirildi

Yanvar ayından "Ekoloji aylıqlar" layihəsinə start verildi. Bu ay “Ekologiya və İqtisadiyyat” mövzusunda layihəni məktəbimizin coğrafiya müəllimi Bağırova Aygün 9y sinfində keçirtməyi qərara aldı. İlk öncə şagirdlər öz aralarında "Məktəbdə nəyə qənaət edə bilərik" mövzusu ətrafında araşdırma aparmaq üçün bir neçə qrupa bölündülər. Birinci qrupun şagirdləri bu mövzu ətrafında məktəbdə sorğular aparıb, digər sinif şagirdlərinin fikirlərini də öyrəndilər. Daha sonra bir yerə toplaşıb sorğunun nəticələrini araşdırdılar. İkinci qrup araşdırmalarını sosial şəbəkələrdə aparıb, internet vasitəsilə məlumatlar topladılar. Digər qrup isə kitablara müraciət etdi. Beləliklə, bir həftənin sonunda araşdırmalarını bir yerə toplayıb layihəni təqdim etməyə hazır oldular. 26.01.2017-ci il tarixində layihə təqdim edildi. Şagirdlər əvvəlcədən apardıqları işin nəticəsindən irəli gələrək dörd qrupa bölündülər. Qrupların adını isə apardıqları araşdırmalara görə seçdilər. 1ci qrupun adı – “PAPPER” isveç dilində kağız deməkdir. II qrupun adı “VATTEN” isveç dilində su deməkdir. Bu ölkədə suya çox qənaət edildiyi üçün şagirdlər qrupa bu adı seçdilər. III qrupun adı “NUR" işıq deməkdir. Və nəhayət IV qrupun adı isə araşdırmalar nəticəsində dünyada ən təmiz ölkənin Norveç olduğu məlum olduğu üçün “REN” adlandırıldı. Norveç dilində ren - təmiz deməkdir. Layihədə uşaqların maketləri öz əlləri ilə düzəltməsi xüsusi ilə bəyənildi. Sonda şagirdlər layihədəki fikirlərinin , ideyalarının gələcəkdə reallığa keçməsini arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi