Şagirdlərimiz "Nə var odur" (“İt is what it is”) adlı sərgidə oldular

Məktəbimizin ingilis dili müəllimi Xuraman Babayeva 6, 8, 9-cu sinif şagirdləri ilə “Yarad” təşkilatında keçirilən Faiq Əhmədin “Nə var odur” (“İt is what it is”) adlı sərgisində iştirak etdilər. Bu sərgidə iştirak etmək, əl işləri ilə tanış olmaq şagirdlərin dünyagörüşünün inkişaf etməsində böyük rol oynadı. Şagirdlər sərgidə gəzərkən onlara yalnız ingilis dilində təqdimatlar olundu, onların ingilis dilində anlaması və ünsiyyətdə olması üçün şərait yaradıldı.Sərgi ilə tanış olduqdan sonra bələdçi Ruqiyyə Dadaşova şagirdlər üçün intellektual oyunlar keçirdi. Fərqlənən komandaya hədiyyələr verildi. Nəinki şagirdlər, həmçinin valideynlər də belə sərgidə iştirak etməkdən məmnun qaldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi