“Təhsil ağlın simasıdır” adlı Riyaziyyat fənn olimpiadası keçirildi

İstedadlı şagirdlərin müəyyən edilməsi, məktəblərarası dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə 14 yanvar 2017-ci il tarixində Xəzər Universiteti Dünya məktəbində Bakı şəhəri üzrə VI, VII, VIII sinif şagirdləri arasında “Təhsil ağlın simasıdır” adlı növbəti Riyaziyyat fənn olimpiadası keçirildi. Olimpiadada bütün Bakı şəhər məktəblərindən 1100 nəfərə yaxın şagird iştirak etdi. Olimpiadada məktəbimizin VIII sinif şagirdi Əkbərzadə Elvin Fəqani, VII sinif şagidləri Qasımov Yusif İsa, Ağazadə Ləman Firdovsi 25 bal toplayaraq I yer və VI sinif şagirdi Qasımlı Ramin Aqşin 22 bal toplayaraq II yerə layiq görülmüşlər. Xəzər Universiteti Dünya məktəbində keçirilmiş “Təhsil ağılın simasıdır” adlı Riyaziyyat fənn olimpiadasında qaliblərin mükafatlandırılması tədbiri 26 yanvar saat 17:00-da Dünya məktəbində təşkil olundu.