MƏKTƏB PSİXOLOQU VALİDEYNLƏRLƏ GÖRÜŞ KEÇİRİB

13.10.2023-cü il tarixində,8-9-cu sinif şagirdlərinin sinif rəhbərləri və valideynləri ilə psixoloqlar Gülbəniz İsmayılova, Orxan Məmmədzadə görüş təşkil etmişdir. Görüş zamanı yeni dərs ilində vaxt ayırılacaq mövzular barədə məlumat verilmiş, “Təhlükəsiz informasiya axtarışı "Gəncliyin ilk baharı" (qızlar və oğlanlar üçün ayrılıqda), "Reproduktiv sağlamlıq nədir?" (qızlar və oğlanlar üçün ayrılıqda), "Yeniyetmələrin sirləri” (qızlar üçün şəxsi gigiyena qaydaları), həmçinin “Zorakılıq və onun növləri” və onun profilaktikası haqqında valideynlər məlumatlandırılmışlar. Məktəb rəhbərliyinin də iştirak etdiyi görüşdə şagirdlərin sağlam təhsil almaları və gənclik dönəminə ilkin hazırlıqların təməlləri ilə bağlı valideynlərlə qarşılıqlı fikir mübadilələri keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi