Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Bu nəticəyə əsasən fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 6044 nəfərə yaxın şagird iştirak edəcək . Həmçinin bizim məktəbdən 15 nəfər şagird bu mərhələdə iştirak edəcək. IX sinif şagirdləri Qasımov Yusif, Osmanova Aytac, Saqiyev Yusif, Sadıxzadə Əlicavad, Əhmədov Elşən, Səlimova Nigar, X sinif şagirdləri Nəsibov İbrahim, Bəşirli Əli, İbadov Tural və XI sinif şagirdləri İlyasov Nicat, Səlimov Kamal, Qasımlı Nurlan, Yusubov Loğman, Pirsaatzadə Aynur, İmranova Xədicə Azərbaycan dili, riyaziyyat, coğrafiya, biologiya, kimya, tarix fənlərindən bir daha öz biliklərini sınayacaqlar.