Qitələrarası Beynəlxalq “Mural” proyekti (IIME) çərçivəsində işlər davam edir
Məktəbin ingilis dili müəllimi Nahidə Hüseynova 7-ci sinif şagirdləri ilə İEARN (“Beynəlxalq Təhsil və Tədqiqatlar Şurası”nın) və Yaponiyanın YUNESKO üzrə Milli Komissiyası tərəfindən dəstəklənən Qitələrarası Beynəlxalq “Mural” proyekti (IIME) çərçivəsində Yaponiyanın Kyota şəhərinin Kizu-Minami Junior High School məktəbinin şagirdləri ilə birgə layihə üzərində işləyirlər. Şagirdlər Yaponiyadan göndərilən yapon şagirdlərinin hədiyyələrini və onların yeni il arzularını böyük sevinc və fərəh hissi ilə bölüşürlər.