“Təbiət və texnologiya” mövzusunda təlim keçirildi

23.01.2017-ci il tarixində məktəbimizdə "Təbiət Elmləri" İctimai Birliyinin təlimçisi “Təbiət və texnologiya” mövzusunda təlim keçirdi. Təbiət elmləri kainatda və Yerdəki nizamı formalaşdıran qanunları təhlil edir. Bu sahədəki araşdırmaların tarixi eramızdan əvvələ gedib çıxmasına baxmayaraq, bu günə qədər həmişə çətin və mürəkkəb zənn edilmiş və bu səbəbdən layiq olduğundan daha az rəğbət qazanmışdır. Halbuki, ətrafımızdakı canlılar, Yer kürəsi və kainat bir çox insanın diqqətini çəkir. Bu mövzular haqqında açıq və anlaşıqlı şəkildə məlumat verən təlimçi 9 və 10-cu sinif şagirdləri tərəfindən çox diqqətlə dinlənildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi